Hakan Fidan: Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır
“Sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir”
1news.az xəbərinə görə, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, buna görə də bütün tərəflər buna səy göstərməlidir.
“Təəssüf ki, Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır. Bu ölkələrin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq istiqamətində çalışsa, daha yaxşı olur” .
Nazir bildirib ki, Azərbaycan antiterror tədbirləri ilə əraziləri üzərində tam suverenliyini təmin etdi.
“Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik”.