Türkiyəli nazir: “İlham Əliyev Azərbaycan və Türk dünyası üçün etdiklərinə görə adını tarixə yazıb”
"Ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla yad edirik”.
1news.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Onun liderliyi və vizyonu Azərbaycana bu gün hər kəsin qibtə etdiyi yolu açıb. Azərbaycan Prezidenti İlham Əliyevin də Qarabağ zəfərindəki liderliyi başda olmaq üzrə Azərbaycan və Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb", - deyə H. Fidan əlavə edib.
369