8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, əks istiqamət üzrə təmir işləri müddətində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.
“Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.