Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Qafar Ağayev16:19 - 14 / 12 / 2023
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdirib.

General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyi xüsusi vurğulanıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Aymaşev qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qazaxıstanlı nümayəndə heyəti daha sonra Əməliyyat Baş İdarəsinə gəlib. Baş idarə rəisi general-leytenant Azər Əliyevlə keçirilən görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığa, o cümlədən 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrinə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzinə gələn qonaqlara buranın əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumatlar verilib.

Paylaş:
367

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər