“Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

“Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlanıb

Qafar Ağayev10:32 - 14 / 12 / 2023
“Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun təyinatları bəlli olub.

1news.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referilərindən Elçin Məsiyev “Turan Tovuz” – “Zirə”, Rauf Cabarov isə “Səbail” – “Qəbələ” matçını idarə edəcək.

“Qarabağ”– “Neftçi” görüşü isə Rəvan Həmzəzadəya tapşırılıb.

Azərbaycan Premyer Liqası

XVII tur

14 dekabr (cümə axşamı)

15:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu

15 dekabr (cümə)

15:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Dalğa Arena”

13:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”

16 dekabr (şənbə)

18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş:
699

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər