Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Qafar Ağayev12:29 - 14 / 12 / 2023
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

1news.az xəbər xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər