ADY Bakıya yeni Stadler qatarları gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY Bakıya yeni Stadler qatarları gətirdi

Qafar Ağayev18:27 - 15 / 12 / 2023
ADY Bakıya yeni Stadler qatarları gətirdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınacaq FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb.

1news.az xəbər verir ki, Artıq iki qatar Bakı Dəmiryolu Vağzalına çatdırılıb.

Qeyd edək ki, FLİRT markalı birmərtəbəli qatarın hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir. Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır.

Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Belə ki, qatarda sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır.

Eyni zamanda qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa “Block-5’’ sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır.

Yeni FLİRT qatarları, həmçinin Fluidmesh texnologiyası ilə təchiz olunub. Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır. Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır.

Yeni FLİRT qatarlarının daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər və qəlyanaltılar ala bilərlər.

Xatırladaq ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.

Paylaş:
399

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər