Şimali Kiprdə mühüm görüş - 60 tanınmış jurnalist Lefkoşada toplaşdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimali Kiprdə mühüm görüş - 60 tanınmış jurnalist Lefkoşada toplaşdı - FOTO

11:08 - 16 / 12 / 2023
Şimali Kiprdə mühüm görüş - 60 tanınmış jurnalist Lefkoşada toplaşdı - FOTO

Beynəlxalq Jurnalistlər Şurası (BJŞ) Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində 13-16 dekabrda "Uluslararası KKTC Medya Buluşması" adlı tədbir keçirir.

1news.az xəbər verir ki, ŞKTR-in qurulmasının 40-cı ilində beynəlxalq arenada tanınması məqsədilə beynəlxalq tədbirə imza atıb.

Tədbirdə 42 yerli, 18 xarici jurnalist olmaqla, ümumilikdə 60 media nümayəndəsi iştirak edir. "Grand Paşa Nicosia Hotel" də keçirilən tədbirə ŞKTR prezidenti Ersin Tatar və Türkiyə səfiri Metin Feyzioğlu da qatılıblar.

İki ayrı sessiyada keçiriləcək görüşdə 8 fərqli məruzəçi Kipr və ŞKTR ilə bağlı 8 fərqli mövzuda məruzə təqdim edəcək. KGK sədrinin müavini İsmail Bayazıtın moderatorluğu ilə keçirilən ilk iclasda “Tarixdən günümüzə Kipr məsələsi (Taner Erginel), ŞKTR-nin qurulması və aktual vəziyyət (Ergün Olgun), Kiprdə beynəlxalq aləmdə həll üçün atılan addımlar və Yunan tərəfinin münasibəti (Prof. Dr. Hüseyn Işıksal), ŞKTR-nin tanınması məsələsi və təcridlərin ləğvi cəhdləri (Osman Ertuğ)” mövzuları təqdim ediləcək. BJŞ Məsləhət Şurasının sədri Levent Eraslanın moderatorluğu ilə keçirilən ikinci iclasda “Rusiya və Türk dövlətlərinin ŞKTR siyasəti (Gökhan Gülər), ŞKTR iqtisadiyyatı, inşaat, turizm və ticarət baxımından imkanlar (Prof. Dr. Ata Atun), ŞTR -nin Avropada qəbulu (Hüseyin Baraner), tarix boyu ŞKTR mətbuatı və jurnalistlərin Kipr davasına töhfəsi (Akay Camal)” mövzuları müzakirə ediləcək.

BJŞ-nin sədri Mehmet Ali Dim bildirib ki, Şimali Kipr məsələsi olduqca həssas nöqtədir. Onun sözlərinə görə, ŞKTR-in beynəlxalq arenada tanınması olduqca vacibdir:

"ŞKTR qardaş ölkə və qardaş xalq olaraq həssas nöqtəmizdir. ŞKTR-nin beynəlxalq səviyyədə tanınması və təbliği bizi çox maraqlandırır. Prezident Ersin Tatarla birlikdə ŞKTR daha dinamik diplomatiya həyata keçirir. Türkiyə də bu məsələyə böyük töhfə verir. Yaxın coğrafiyamızda, xüsusilə türk dövlətlərində ŞKTR anlayışı müsbətə doğru dəyişir. BJŞ olaraq biz media diplomatiyası vasitəsilə buna töhfə vermək üçün bu beynəlxalq görüş təşkil etdik. Türk respublikalarından, Rusiyadan, Avropadan, Gürcüstandan, Suriyadan və Yaponiyadan 18 jurnalistin, Türkiyədən isə 42 əsas və yerli media jurnalistinin qatıldığı bu görüşlərlə bütün yerli və xarici mediada ŞKTR-nin tanınması, təbliğatı mövzularında təsəvvür yaratmaq istəyirik"

Tədbirə qatılan jurnalistlər iki gün ərzində Kipr adasının şəhərlərini və tarixi, turistik yerlərini də görmək fürsəti əldə edəcəklər. Qapalı Maraş və Karpaz da gəzilib-görüləcək yerlər arasında olacaq.

Paylaş:
251

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər