Bakıda bıçaqlanmaya görə bir nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bıçaqlanmaya görə bir nəfər tutulub

10:34 - 18 / 12 / 2023
Bakıda bıçaqlanmaya görə bir nəfər tutulub

Bakıda 3 gün əvvəl baş verən bıçaqlanmaya görə bir nəfər tutulub.

DİN-dən 1news.az-a verilən xəbərə görə, dekabrın 15-də Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Ə.Əmrahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər