Milli Məclis Mülki Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis Mülki Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib

14:09 - 19 / 12 / 2023
Milli Məclis Mülki Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən Mülki Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Məcəlləyə dəyişikliklərə əsasən, arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi ərizəni arbitrajın yeri üzrə kommersiya məhkəməsinə, arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə də verə bilərlər. Həmçinin arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi və xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə məcəllənin 10.120-ci maddənin birinci cümləsindən “və ya iddiaya qarşı mübahisə etmiş” və “və ya dövlətin” sözləri çıxarılır.

Məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa, arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verilən məhkəmə belə ərizəni vermiş arbitraj mübahisəsi tərəfindən uyğun təminatın verilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər. Belə təminatın təqdim olunmaması müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsi üçün əsasdır.

Sənədə əsasən, arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi barədə qərardad qəbul edə bilər.

Arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin ləğvi, habelə müvəqqəti təminat tədbirinin nə zaman qüvvədən düşəcəyi barədə qərardad qəbul edir.

Arbitraj qərarının ləğv edilməsi üçün müraciət edilən məhkəmənin arbitraj məhkəməsinə arbitraj icraatını yenidən başlamaq və ya arbitraj məhkəməsinin mövqeyinə əsasən, arbitraj qərarının ləğv edilməsinə əsas olan halları aradan qaldıracaq digər hərəkətləri etmək imkanı verməyi məqsədəuyğun hesab etdiyi hallarda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğu təqdirdə, Məcəllənin 21. 47-ci fəslinin adında “və arbitrajların qətnamələrinin icrası və tanınması” sözləri “qətnamələrinin tanınması və icrası” sözləri ilə əvəz edilir.

Paylaş:
311

Son xəbərlər

Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16
Bütün xəbərlər