Regional təhsil idarələrində müdir təyinatları olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Regional təhsil idarələrində müdir təyinatları olub

1news Redaksiyası14:51 - 19 / 12 / 2023
Regional təhsil idarələrində müdir təyinatları olub

Regional təhsil idarələrində yeni təyinatlar olub.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

Paylaş:
467

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər