DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

10:57 - 19 / 12 / 2023
DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 217, o cümlədən borclu şəxs qismində axtarışda olan 201 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Paylaş:
253

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər