Azərbaycana qış fəsli daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qış fəsli daxil olub

Qafar Ağayev08:51 - 22 / 12 / 2023
Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli gəlib.

1news.az xəbər verir ki, qış fəsli saat 07:27-də daxil olub.

Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb.

Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

Paylaş:
285

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər