Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda bəzi yollarda məhdudlaşdırma olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda bəzi yollarda məhdudlaşdırma olacaq

Qafar Ağayev11:17 - 22 / 12 / 2023
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda bəzi yollarda məhdudlaşdırma olacaq

Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, təmir işlərinin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Paylaş:
211

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər