“Azad olunmuş ərazilərdə dəmir yolunun inşası ilə bağlı hansı işlər görülür?” - ADY rəsmisindən CAVAB | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azad olunmuş ərazilərdə dəmir yolunun inşası ilə bağlı hansı işlər görülür?” - ADY rəsmisindən CAVAB

Qafar Ağayev13:19 - 22 / 12 / 2023
“Azad olunmuş ərazilərdə dəmir yolunun inşası ilə bağlı hansı işlər görülür?” - ADY rəsmisindən CAVAB

"Hazırda biz Horadiz-Ağbənd dəmir yolu tikintisi işlərini sürətlə davam etdiririk".

1news.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı "Qafqazinfo"ya müsahibəsində azad olunan ərazilərdə görülən işlərdən danışarkən deyib. O bildirib ki, bu layihənin icrasına Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ildə start verilib.

"Qarabağ layihələrinin ölkə üçün əhəmiyyətini nəzərə alaraq qərar qəbul olunmuşdur ki, həm layihələndirmə, həm də tikinti işləri paralel aparılsın. Hazırda layihələndirmə işlərinin 82%, tikinti işlərinin isə 45% yekunlaşıb. Layihənin ox üzrə uzunluğu 110,4 km (yan yollar ilə birlikdə 140,6 km), inşa olunan mühəndis qurğuların sayı isə 500-dək olması gözlənilir.

Ümumilikdə, dəmir yolunun 69,7 km-i artıq çəkilib.Həkəri çayı üzərində 418 km uzunluğunda körpü artıq inşa olunub. Hazırda isə regionun ən böyük dəmir yolu körpüsü hesab olunacaq 771 m uzunluğunda yeni körpünün tikinti işləri davam etdirilir. Ərazidə, həmçinin 33 metrədək hündürlüyündə aşırımı olan körpülərin inşası da həyata keçirilir. Ərazinin relyefinin mürəkkəbliyi onun dağlıq hissələrdən, yamaclardan keçməsi, Horadiz- Ağbənd dəmir yolunun inşası layihəsini regionun ən mürəkkəb layihələrindən biri hesab etməyə əsas verir".

"Bir vacib məqamı da qeyd edim ki, sovet dövründə Horadiz-Ağbənd dəmir yolu xətti Araz çayının sahili ilə paralel gedirdi" - deyə T.Abbaslı bildirib:

" İşğaldan sonra Xudafərin su anbarının ərazisi genişləndirilməsini və suyun daşma ehtimalını nəzərə alaraq biz Horadiz-Ağbənd dəmir yolu xəttini qeyd olunan hissələrdə 310 metr hündürlüyə qaldırmalı olduq. Ələxsus, yolun 72-85-ci km hissəsində çox mürrəkkəb coğrafi çətinliklərlə qarşılaşırıq. Burada körpülər, viaduklar, tunellər, istinad divarları, yəni çox mürəkkəb infrastruktur tikilməlidir. Biz bu layihəni tam olaraq 2025-ci ildə yekunlaşdırmağı planlaşdırırıq".

Paylaş:
629

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər