“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır - FOTO

Qafar Ağayev15:16 - 26 / 12 / 2023
“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır - FOTO

"PAŞA Holding" 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqramını davam etdirir.

Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub.

Yeni il münasibəti ilə təqdim edilən sovqatlar 15 dekabr tarixindən etibarən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Sosial proqram məhz 18 yaşadək uşaqları əhatə etdiyindən, sovqat qutusuna uşaqlar üçün də bayram paketi daxil edilib. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin ümüumilikdə 800-dən çox ailəsini əhatə edir.

Xatırladaq ki, PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün təşkil olunmuş bu proqrama həm təhsil, həm də səhiyyə sahələri daxildir.

Məlumat üçün qeyd edək ki, PAŞA Holding cari təşəbbüsü növbəti il – yəni 2024-cü il ərzində də davam etdirəcək. Təşəbbüs çərçivəsində şəhid övladlarına eyni qaydada sovqatların, məktəbli ləvazimatlarının təqdim edilməsi, eləcə də sığorta xidmətlərinin təmin edilməsi nəzərdə tutulur.

Paylaş:
239

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər