“BakıKart” balansını onlayn artırmaqla bağlı problemin səbəbi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

“BakıKart” balansını onlayn artırmaqla bağlı problemin səbəbi açıqlandı

Qafar Ağayev10:35 - 27 / 12 / 2023
“BakıKart” balansını onlayn artırmaqla bağlı problemin səbəbi açıqlandı

Bir neçə gündür ictimai nəqliyyatda istifadə edilən “BakıKart” balansını onlayn ödənişlə bağlı problem yaşandığı deyilir.

Bəzi sosial şəbəkə istifadəçiləri bildirir ki, kartın balansına onlayn yüklədikləri məbləğ 1 saat ərzində deyil, bəzən 1-2 gün sonra yüklənir. Bəs görəsən problem nədən qaynaqlanır? Problem nə zaman aradan qaldırılacaq?

Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, “BakıKart”da aparılan texniki yenilənmə işləri ilə əlaqədar bəzi istifadəçilərin kartlarına yüklədikləri vəsait görsənmirdi, yaxud gec yüklənirdi.

“Bununla bağlı problem artıq aradan qaldırılıb. Belə ki, texniki yenilənmə işləri başa çatdırılıb və vətəndaşlar kartlarına yüklədikləri vəsaitdən rahat şəkildə istifadə edə bilirlər. Bu kimi hallar olduqda isə vətəndaşlar AYNA-nın “141” – Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Paylaş:
567

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər