Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib

Qafar Ağayev11:27 - 27 / 12 / 2023
Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

1news.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.

Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.

Paylaş:
471

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər