ARDNF-nin gələnilki büdcəsini təsdiq edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF-nin gələnilki büdcəsini təsdiq edilib

Qafar Ağayev11:47 - 27 / 12 / 2023
ARDNF-nin gələnilki büdcəsini təsdiq edilib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsini təsdiq edib.

1news.az xəbər verir ki, gələn il ARDNF-nin büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox - 12 900,2 milyon manat olacağı gözlənilir.

2024-cü ildə ARDNF-nin gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-nin xərclərinin 12 781 milyon manatını və yaxud 99,1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-nin büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487,5 milyon manat qalıqdır).

Paylaş:
327

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər