Sosial Tədqiqatlar Mərkəzində “Qərbi Azərbaycan yolunda” mövzusunda ictimai dinləmə keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Sosial Tədqiqatlar Mərkəzində “Qərbi Azərbaycan yolunda” mövzusunda ictimai dinləmə keçirilib

Qafar Ağayev11:42 - 28 / 12 / 2023
Sosial Tədqiqatlar Mərkəzində “Qərbi Azərbaycan yolunda” mövzusunda ictimai dinləmə keçirilib

Sosial Tədqiqatlar Mərkəzində "Qərbi Azərbaycan yolunda" mövzusunda ictimai dinləmə keçirilib.

1news.az xəbər verir ki, dinləmədə tanınmış ziyalılar, media nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər. Tədbiri giriş nitqiylə açan STM-in Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bu tip dinləmələrin vacibliyindən və əhəmiyyətindən bəhs edib.

Daha sonra tədbirdə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edib.

O bildirib ki, millətimizin tarixinə siyasi bütövlük bəxş edən 2023-cü il başa çatır. Vətən müharibəsində parlaq Qələbənin misilsiz nəticələrindən biri olan Xankəndi zirvəsi təkcə 32 il hökm sürən separatçı bir quurmun varlığına son qoymadı, eləcə də əsrlərlə davam edən köçkünlük, humanitar və iqtisadi sarsıntılar, xarici asılılıq və imperiya mənafelərin həyata keçiriən qüvvələrin daimi hökmranlığına səbəb olan Qarabağ münaqişəsinə son qoydu. İftixar hissi ilə demək olar ki, qlobal təhülkəsizlik şəraitində yalnız bizim regionda nəhayət, bərqərar olan ədalət və sülh perspektivi indi dünyada mövcud olan qaynar savaşların, kütləvi qətliamların bitməsi, yeni nizam və siyasi arxitektura üçün alternativsiz modellərdən biri ola bilər.

Qarabağ Zəfəri ilə başlayan Böyük qayıdış bütün tarixi torpaqlara, mədəni dəyərlərə, milli kimliyə dönüşün da hərəkətverici qüvvəsinə çevrildiyi üçün Qərbi Azərbaycanla bağlı 2023-cü ildə həyata keçirilən genişmiqyaslı tədbirlər özünün əhatə dairəsi, coğrafiyası, elmi və siyasi sambalı, hədəfləri və beynəlxalq gündəliyiə çıxmağı bacarması ilə son dərəcə uğurlu sayıla bilər.

Sosial Tədqiqatlar Mərkəzi statusuna uyğun olaraq, bir-birindən zəngin elmi əsərləri, tarixin dərinliyinə gedən araşdırma və görüşləri, mühüm təqdimatları ilə dövlətimizin strateji xəttinə mühüm töhfələr verə bildi.

Qərbi Azərbaycan idealının gündəlikdə ön yerə çıxması mütəşəkkil, sistemli və koordinasiyalı olmaqla əvvəlki illərdən kəskin fərqlənirdi. Onun parlaq yekunu olaraq, Azərbaycanın müstəqillik tarixində ilk dəfə milli parlamentin plenar iclasında Qərbi Azərbaycana qayıdış məsələsi rəsmən müzakirələrə çıxarılması mühüm siyasi hadisə oldu. Son iki gündə Ermənistanın diplomatik-siyasi dairələrində həyacan, qorxu və narahatlıq daha sübut etdi ki, Vətən müharibəsində qazanılan qələbə yalnız 30 ilik işğalı aradan qaldırmadı, eləcə də bütün tarixi torpaqlara aparan yolları, zəkaları açdı, xalqımızın əsrlərdən gələn vətən və torpaq ruhunu oyatdı. Gündəliyin birinci məsələsi kimi doğma torpaqlara dönüşün müəyyənləşməsi millətimizin ideallarına cavab verən mühüm tarixi qərardır.

Başa çatmaqda olan 2023-cü ilin ən parlaq siyasi-hüquqi tədbirləri sırasında Qərbi Azərbaycana qayıdış konsepsiyasına ən yüksək töhvəsini verən Milli Məclisin keçirdiyi ictimai dinləmələr, çap etdiyi kitab və dərgilər, millət vəkillərinin yüzlərlə məqalə, çıxış və müsahibələri xalqımızın tarixi hüquqlarını beynəlxalq müstəviyə daşımağa imkan verdi, düşmənin sərhədsiz iddialarına sipər çəkdi, ictimai fikirdə Qayıdış idealını diri və canlı saxladı.

Əlbəttə, Qərbi Azərbaycana dönüşlə bağlı məsələnin Milli Məclisinin plenar iclasına çıxarılması xəbəri Ermənistanın informasiya məkanında həyacana səbəb olub, kəskin daxili ittihamlar doğurub. Xüsusilə də son günlər Dağlıq Qarabağ Respublikasının ləğvinə dair Samvel Şahramanyanın antiterror savaşında məğlubiyyətin nəticəsi olaraq, 28 sentyabrda imzladığı sənədin guya 20 oktyabrda ortadan qaldırıldığına dair özünü müşavir kimi təqdim edən Vladimir Qriqoryanın Azadlıq radiosuna müsahibəsindən sonra İrəvanda əsil siyasi qarşıdırma yaşanır. Paşinyanın rəhbərlik etdiyi “Mənim Müqaviləm” partiyasının parlament təmsilçiləri “Ermənistanda rəsmən yalnız bir hakimiyyətin mövcud olduğunu” deyərək qarabağ klanını ittiham edir, sülh gündəliyinə və Azərbaycanın ərazi iddialarına səbəb olan şəxsləri xarici sifariş yerinə yetirməkdə günahlandırırlar. Nəticədə, Qriqoryan ictimai əsaslarla çalışdığı üçün sıravi vətəndaş kimi danışdığını bildirməyə məcbur olub. Ardınca Qarabağı ikinci erməni dövləti kimi öz bətnində saxlamağa çalışan böyük siyasi mərkəzlər və lobbi qruplarının sifarişi əsasında Şahramanyan və onun çevrəsini milli hökumətlə savaşa sürükləyən qüvvələr İrəvanda gərginliyi daha artırıblar.

Göründüyü kimi, Qarabağ indi Azərbaycanın deyil, Ermənistanın içərisində yad cismə, inzibati-siyasi minaya çevrilib. Yaxın günlərdə Şahramanyana və hibrid hökumətinə qarşı sui-qəsdlər istisna olunmur. Digər tərəfdən, Azərbaycanın hüdudlarından kənarda Qarabağ mühacirət hakimiyyəti ideyası rasional təfəkkürlü ermənilərin nəzərində 3-cü dövlətlərin imperiya maraqları və əbədi düşmənçilik tərəfdarlarının xeyrinə işləyir.

Bir daha tarixə qayıtsaq, yalnız Ulu öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqları-Göyçə, Zəngəzur, İrəvan və digər ərazilər haqqında bir millətin yol xəritəsi və mübarizə idealını təşkil edən çağırışlarla çıxış edib. Başqa heç bir siyasətçi, partiya rəhbərinin belə sistemli baxışı və hədəfi olmayıb. Ona görə də Xankəndi Zəfəri və ordumuzun təntənəli yürüşü Heydər Əliyevin ikinci ən böyük arzusunun-Göyçəyə, Zəngəzura, İrəvana da dönüşü gerçələşdirəcək. Lakin dinc qayıdış, qalıcı və sülhpərvər dönüş silahsız parad olacaq.

Azərbaycan xalqı Kürəkçay müqaviləsindən sonra müxtəlif ideologiya və formasiyalarda İrəvandan Qarabağa qədər böyük əraziləri itirib müstəqilliyin bərpasının 32-ci ilində Böyük qayıdış idealı ətrafında birləşməyə başlayır. Hərbi Zəfərimiz olmasaydı, yeni ideoloji-siyasi hədəflər də meydana çıxmazdı.

Bəli, Qaydış yalnız itirilmiş torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni dəyərlərə, ənənələrə, əcdadlarına irsinə və yaratdılqarı mirasın hifz olunmasına, bir sözlə öz varlığına və kimliiynə sahib çıxmaq deməkdir. Biz heç bir qonşu dövlətə hücum və ərazi iddiaları ilə yaşamırıq, çünki Azərbaycanın könül və siyasi coğrafiyasının 86.6 min kvadrat kileometrdən daha böyük olduğunu gələcək nəsillərə ötürərək onların kollektiv, yaddaşını canlı tutmaq ən böyük vəzifədir. Qarabağ milli səfərbərlik idealı olduğu kimi, İrəvana dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir. Qarabag davası İrəvandan başlanmışdı, orada da bitəcək, Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcəkdir.

Azərbaycanın 10 milyondan artıq vətəndaşının hər bir üzvü işğalın ağır nəticələrindən, köçkünlük, qaçqınlıq və şəhidlikdən bir nişanə özlərində daşıyırlar.

Paylaş:
394

Son xəbərlər

Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər