Şabranda yol təmirinə 1 milyon manat ayrıldı - Prezidentdən SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Şabranda yol təmirinə 1 milyon manat ayrıldı - Prezidentdən SƏRƏNCAM

Qafar Ağayev12:30 - 29 / 12 / 2023
Şabranda yol təmirinə 1 milyon manat ayrıldı - Prezidentdən SƏRƏNCAM

Şabran rayonunda yol təmirinə 1 milyon manat ayrılıb.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
514

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər