DYP bayramla əlaqədar sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP bayramla əlaqədar sürücülərə müraciət edib

12:12 - 30 / 12 / 2023
DYP bayramla əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ​ bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə 1news.az-a BDYPİ-dən məlumat verilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və​ ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin​ Baş Dövlət Yol Polisi İdarəsi​ bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi,​ yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçməsini nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə tiptronik funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağı sürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Paylaş:
300

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər