Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var

1news Redaksiyası18:02 - 04 / 01 / 2024
Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var

Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var.

1news.az APA-ya istinadən məlumatına görə, hadisə Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Hikmət Davudovun idarə etdiyi Mersedes markalı 77 GR 938 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolunun kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil daş hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
1134

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər