Bakının Nərimanov rayonunda evdən oğurluq edənlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nərimanov rayonunda evdən oğurluq edənlər saxlanılıb

12:52 - 04 / 01 / 2024
Bakının Nərimanov rayonunda evdən oğurluq edənlər saxlanılıb

Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
393

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər