Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb

09:00 - 06 / 01 / 2024
Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb

Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər DYP İdarəsindən 1news.az-a bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.

Göstərilən müdaxilələrə baxmayraq qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
206

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər