Bayram günlərində milli parklara 5000-dən çox turist səfər edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində milli parklara 5000-dən çox turist səfər edib - FOTO

Qafar Ağayev11:45 - 08 / 01 / 2024
Bayram günlərində milli parklara 5000-dən çox turist səfər edib - FOTO

2024 -cü "Yaşıl dünya naminə həmrəylik" ilinin ilk bayram günlərində Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.

1news.az xəbər verir ki, ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır.

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Paylaş:
250

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər