ARKA-nın müsabiqə nəticələri ilə bağlı Apellyasiya komissiyasının ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

ARKA-nın müsabiqə nəticələri ilə bağlı Apellyasiya komissiyasının ilk iclası keçirilib

Qafar Ağayev16:09 - 09 / 01 / 2024
ARKA-nın müsabiqə nəticələri ilə bağlı Apellyasiya komissiyasının ilk iclası keçirilib

Xəbər verdiyimiz kimi, ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il iyulun 18-dən noyabrın 29-dək keçirilmiş film layihələri müsabiqəsinin nəticələri elan olunub.

1news.az xəbər verir ki, Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə seçilməyən, lakin ssenarilərin inkişaf proqramına yönləndirilmiş layihələrlə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradılıb, tanınmış türkiyəli rejissor və ssenarist Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək sözügedən layihələrin ssenarinin inkişaf proqramı çərçivəsində müzakirələri həyata keçirilib.

Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılıb. Yanvarın 8-də Apellyasiya komissiyasının ilk iclası keçirilib.

Komissiya üzvləri Apellyasiya komissiyasına təqdim olunan layihələrlə bağlı fikir və təkliflərini səsləndiriblər. Bəzi layihənin təkmilləşdirilməsi, rejissor işi ilə bağlı təkliflərin verilməsi, əlavə və dəyişiklərin labüdlüyü diqqətə çatdırılıb.
İclasda komissiyanın növbəti toplantısının yanvar ayının ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Paylaş:
411

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər