Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq | 1news.az | Xəbərlər
Siyasət

Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq

Qafar Ağayev22:03 - 10 / 01 / 2024
Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq

İnfrastruktur layihələri (Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər