Azərbaycanda işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

Qafar Ağayev17:44 - 11 / 01 / 2024
Azərbaycanda işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2022-ci illə müqayisədə 14,2% artaraq 183 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1% artaraq 134,2 milyon manat təşkil edib.

1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 14,2% artıb və 938,8 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib. 2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard manata yaxın olub ki, bu da 2022-ci il illə müqayisədə 14,2% çoxdur.

Paylaş:
396

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər