Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb

09:09 - 11 / 01 / 2024
Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
199

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər