Aktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb
Aktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb.
1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yayında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2024-cü il yanvar ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 faiz artaraq 761,7 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə 14,4 faiz artıb və 45,7 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 2023-cü ilin əvvəlinə nisbətən 8,1 faiz artaraq 204,6 minə çatıb.
377