Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

10:40 - 13 / 01 / 2024
Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

1news.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyinin teleqram kanalında bildirilib.

Başsağlığıda deyilir: "Cari ilin 12 yanvar tarixində, "Pençe-Kilit" əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Paylaş:
234

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər