Şəmkirdə eyni vaxtda iki ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə eyni vaxtda iki ev yanıb

08:52 - 16 / 01 / 2024
Şəmkirdə eyni vaxtda iki ev yanıb

Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğının təfərrüatları məlum olub.

1news.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, bitişik evlərdəki yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb.

Partlayış zamanı 1946-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yanğınsöndürənlər alovu söndürüb. Fakt araşdırılır.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər