Ötən il Azərbaycanda nə qədər yumurta istahsal olunub? - Komitə açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən il Azərbaycanda nə qədər yumurta istahsal olunub? - Komitə açıqladı

Qafar Ağayev13:50 - 17 / 01 / 2024
Ötən il Azərbaycanda nə qədər yumurta istahsal olunub? - Komitə açıqladı

2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub.

1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ümumilikdə 2022-ci illə müqayisədə bu müəssisələr üzrə cəmi quşların sayı artaraq 11265,0 min baş olub.

Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb.

Xatırladaq ki, 2022-ci ildə ümumilikdə müəssisələr üzrə cəmi quşların sayı 10886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.

Paylaş:
630

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər