Azərbaycanda son 20 ildə sərnişin və yük daşımaları üzrə illik gəlir 10 dəfə artıb
Son 20 ildə Azərbaycanda avtomobillə sərnişin və yük daşımalarından əldə edilən illik gəlir 10 dəfə artıb.
1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, əgər 2003-cü ildə daşımalardan 171,4 milyon manat gəlir əldə edilmişdisə, 2022-ci ildə bu rəqəm 1 milyard 692,6 milyon manat təşkil edib.
310