Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır

Qafar Ağayev10:48 - 17 / 01 / 2024
Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.

1news.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edə bilər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

Paylaş:
742

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər