Bölgələrdə olan bir neçə hava limanı xarici şirkətlərin istifadəsinə verilə bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bölgələrdə olan bir neçə hava limanı xarici şirkətlərin istifadəsinə verilə bilər

Qafar Ağayev13:07 - 18 / 01 / 2024
Bölgələrdə olan bir neçə hava limanı xarici şirkətlərin istifadəsinə verilə bilər

AZAL-ın biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AZAL ilə yanaşı, ölkədə bir sıra xarici şirkətlər də uçuşlar həyata keçirirlər və vətəndaşlar öz seçimlərində sərbəstdirlər.

"AZAL məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir", - deyə rəis müavini vurğulayıb.

C.Babayev əlavə edib ki, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib:

"Regionlardakı bir sıra hava limanlarını xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətli biletləri vətəndaşlar əldə edəcəklər", - deyə Cəfər Babayev qeyd edib.

Paylaş:
341

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər