Seçki Könüllüləri gənc seçiciləri məlumatlandırmağa başlayıb - FOTO
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı fəaliyyətlər davam edir.
1news.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır.
Qeyd edək ki, Seçki Könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində fəaliyyət göstərəcəklər.
“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.