“Fransa senatı bununla özünü lağlağı obyektinə çevirir” – QAİ-dən BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fransa senatı bununla özünü lağlağı obyektinə çevirir” – QAİ-dən BƏYANAT

Qafar Ağayev10:09 - 18 / 01 / 2024
“Fransa senatı bununla özünü lağlağı obyektinə çevirir” – QAİ-dən BƏYANAT

İrqçi, islamofob, Azərbaycanofob Fransa senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib.

1news.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub:

"Fransız senatında əyləşən müasir səlibçilər anlamır ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa senatı öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin.

İkinci Dünya Müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü senatın qətnaməsi ilə ovundurur.

Fransa senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla senat özünü lağlağı obyektinə çevirir.

Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.

Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən senat əslində özü-özünü ələ salır. AZƏRTAC-ın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir.

Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.

Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.

Başa düşürük, Azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə, “qəhrəman”, “alovlu natiq” olmaq üçün əla fürsətə çevrilir. Amma Fransa təkcə İkinci Dünya Müharibəsində, son illərdə Afrikada məğlub olmayıb, Fransa həm də 2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona soxulmaq siyasətindən əl çəkməlidir.

Avropa İttifaqını Azərbaycanla münasibətləri yenidən nəzərə keçirməyə çağıran özündən müştəbeh fransız senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır.

Azərbaycan və Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız senatının bu təxribatçı addımı siyasi klounluqdur.

Fransanın qardaş Türkiyəyə yönəlmiş ittihamlarını da qətiyyətlə rədd edirik.

Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər. Ermənistan 1-ci Respublikanın səhvlərindən nəticə çıxarmalıdır".

Paylaş:
182

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər