Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb

Qafar Ağayev11:11 - 18 / 01 / 2024
Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb

Ölkənin əsas hava qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2023-cü ildə rekord həddə yüksəlib - 5,85 milyondan çox sərnişinə xidmət göstərilib.

Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundandan məlumat verilib.

Bildirilib ki, bu göstərici 4,4 milyon sərnişinin daşındığı 2022-ci ilin nəticəsindən 33% çoxdur. Sərnişin axınının pik həddi avqustun 13-də qeydə alınıb – 24 274 nəfər.

2023-cü ildə Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5%-i AZAL-ın, qalan 57,5%-i isə xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da 2022-ci ildəki 684 min sərnişinlə müqayisədə artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub. Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib.

“Bakı aeroportunda tranzit sərnişinlərin sayı da 2022-ci illə müqayisədə 142% artıb – 162 mindən çox sərnişinə xidmət göstərilib. Yeni xarici aviaşirkətlərin cəlb edilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və hava limanında aparılan infrastruktur işləri bütün sərnişinlər üçün daşımaların əlçatanlığını xeyli yaxşılaşdırıb”, - deyə Bakı hava limanın direktoru Teymur Həsənov vurğulayıb.

Sərnişin təcrübəsinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra yeniliklər, o cümlədən nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parkinq üçün müxtəlif ödəniş üsullarını təmin edən innovativ xidmət, uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) tətbiq edilib.

Qeyd edək ki, hasabat ilində ölkənin regional hava limanlarında da sərnişindaşımada müsbət dinamika müşahidə olunub, Naxçıvan Beynəlxalq Aeroportunda 744 min, Gəncədə 218 min, Lənkəranda isə 16 mindən çox sərnişinə xidmət göstərilib.

Paylaş:
270

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər