Mikayıl Cabbarov: “4Sİ texnologiyaları sahəsində qlobal tərəfdaşlıq Azərbaycanın innovativ ekosisteminin inkişafına töhfələr verir” | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: “4Sİ texnologiyaları sahəsində qlobal tərəfdaşlıq Azərbaycanın innovativ ekosisteminin inkişafına töhfələr verir”

Qafar Ağayev13:55 - 19 / 01 / 2024
Mikayıl Cabbarov: “4Sİ texnologiyaları sahəsində qlobal tərəfdaşlıq Azərbaycanın innovativ ekosisteminin inkişafına töhfələr verir”

Dördüncü Sənaye İnqilabı texnologiyaları (4Sİ texnologiyaları) sahəsində qlobal tərəfdaşlarla birgə fəaliyyətin təşviqi Azərbaycanın innovativ ekosisteminin inkişafına töhfələr verir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "Coursera" şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə görüş keçirilib: "Şirkətlə əməkdaşlıq çərçivəsində Azərbaycanda reallaşdırılan "4Sİ Akademiyası" layihəsinin sürətli rəqəmsallaşma prosesinin əmək bazarına təsiri və potensial tərəfdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər