XİN rəhbəri əlcəzairli həmkarı ilə regional vəziyyəti müzakirə etdi | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri əlcəzairli həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Qafar Ağayev17:36 - 19 / 01 / 2024
XİN rəhbəri əlcəzairli həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Son dövrlərdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı təmasların artımının müşahidə olunduğunu məmnunluqla qeyd olunub.

Ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.

Nazir Əhməd Attaf, Azərbaycanın 4 il müddətində QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların daha da artırılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
316

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər