Füzuli rayonunda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli rayonunda silah-sursat aşkarlanıb

11:49 - 20 / 01 / 2024
Füzuli rayonunda silah-sursat aşkarlanıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər