8 dərəcəyədək şaxta olub - Faktiki hava açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

8 dərəcəyədək şaxta olub - Faktiki hava açıqlandı

Qafar Ağayev13:25 - 22 / 01 / 2024
8 dərəcəyədək şaxta olub - Faktiki hava açıqlandı

Yanvarın 22-si saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, yanvarın 22-si saat 13:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

Paylaş:
334

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər