2023-cü ildə azad olunmuş ərazilərə nə qədər pul xərclənilib? | 1news.az | Xəbərlər
İqtisadiyyat

2023-cü ildə azad olunmuş ərazilərə nə qədər pul xərclənilib?

Qafar Ağayev17:20 - 22 / 01 / 2024
2023-cü ildə azad olunmuş ərazilərə nə qədər pul xərclənilib?

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və yaxud 0,6 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşüb.

Paylaş:
379

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər