Azərbaycan və Küveyt arasında parlamentlərarası əlaqələr müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Küveyt arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qafar Ağayev17:34 - 22 / 01 / 2024
Azərbaycan və Küveyt arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd edildiyini söyləyərək, vurğulayıb ki, bu gün ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bildirilib ki, siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

Görüşdə qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. Bu mənada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə Küveytin Əmiri Cabir Əl-Əhməd Əs-Sabah arasında beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin əsası qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfəri ilə isə iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ başlayıb.

Söhbətdə spiker Sahibə Qafarova ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimizin müsbət rolunu vurğulayaraq bildirib ki, parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Xatırladılıb ki, parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Dostluq qrupları arasında qarşılıqlı səfərlərin də müsbət dinamikası mövcuddur. Milli Məclisin sədri qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da yaxşı əməkdaşlıq edirlər. Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatının Parlament Məclisi çərçivəsində mövcud olan əməkdaşlıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də uğurla davam etdirilir.

Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri xalqlarımız arasında çoxlu ortaq cəhətlərin mövcud olduğunu bildirərək, ölkəsinin Azərbaycanı yaxın ölkə hesab etdiyini qeyd edib. O, deyib ki, Azərbaycan Küveyt üçün çox mühüm ölkələrdən biridir. Məhəmməd Haif Əl-Muteyri Küveytin ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O cümlədən, turizm sahəsində müsbət əlaqələr qurulduğunu deyən Məhəmməd Haif Əl-Muteyri Küveytdən Azərbaycana çoxlu sayda küveytli turistlərin gəldiyini bildirib.

Azərbaycanın zəngin, böyük nailiyyətlər əldə etmiş ölkə olduğunu deyən dostluq qrupunun rəhbəri vurğulayıb ki, Azərbaycan sabitlik və təhlükəsizlik baxımından dünyada seçilən ölkələrdəndir. O, Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirildiyini və bu layihələrin Azərbaycana sürətli inkişaf vəd etdiyini qeyd edib. O, deyib ki, Küveyt bir sıra sahələrdə Azərbaycanın təcrübəsindən yararlana bilər.

Spiker Sahibə Qafarova isə ölkəmizin keçdiyi inkişaf yolu barədə məlumat verərək qeyd edib ki, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün müstəqil, demokratik, hərtərəfli inkişaf edən və müstəqil xarici siyasət yürüdən ölkədir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova post-münaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi nəhəng quruculuq və bərpa işləri barədə də məlumat verib. O, deyib ki, 30 illik işğal dövründə ermənilər bütün dini abidələrimizi, məscidlərimizi dağıdıb, təhqir ediblər. Qarabağ işğaldan azad olunduqdan sonra möhtərəm Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də bu ərazilərdə ermənilər tərəfindən dağıdılan məscidlərin bərpası olmuşdur.

Dostluq qrupunun rəhbəri Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi və suverenliyini bərpa etməsi münasibətilə təbrik edərək, deyib ki, Küveytin mövqeyi hər zaman birmənalı olub və Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş:
320

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər