Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanılıb

12:13 - 22 / 01 / 2024
Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər