Ötən ay olan nağdsız ödənişlərin 82,8 faizi elektron ticarətin payına düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən ay olan nağdsız ödənişlərin 82,8 faizi elektron ticarətin payına düşüb

Qafar Ağayev14:16 - 23 / 01 / 2024
Ötən ay olan nağdsız ödənişlərin 82,8 faizi elektron ticarətin payına düşüb

Dekabrda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5,798 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,801 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 987 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55,6 faizini təşkil edib.

Paylaş:
368

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər