Mətbuat Şurası: Jurnalistlərin kütləvi aksiyalar zamanı informasiya toplamaq hüququ onları tərəfə çevirməməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası: Jurnalistlərin kütləvi aksiyalar zamanı informasiya toplamaq hüququ onları tərəfə çevirməməlidir

Qafar Ağayev15:30 - 23 / 01 / 2024
Mətbuat Şurası: Jurnalistlərin kütləvi aksiyalar zamanı informasiya toplamaq hüququ onları tərəfə çevirməməlidir

Jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumiyyətlə, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər.

1news.az xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin qeyd olunur: “Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək, yalnız cəmiyyətin informasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları materialların ictimai yükü ön planda dayanmalıdır.

Ötən müddətdə Azərbaycan mediası qeyd etdiyimiz istiqamətdə təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd meyillər qalmaqdadır. Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar.

Jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yerlərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsi dünya təcrübəsində də əksini tapıb. Bu təcrübəyə əsasən deyə bilərik ki, media nümayəndələri hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda, tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər.

Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidməti vəzifələrini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır.

Azərbaycan Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistləri, ümumən, özünü cəmiyyətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxsləri bütün bunları nəzərə almağa, nəticə çıxarmağa çağırır. Şura ünvanladığı bu tövsiyələrin onların gələcək fəaliyyətində ciddi şəkildə nəzərə alınacağına ümidvardır”.

Paylaş:
216

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər