Ötən il ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən il ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb

Qafar Ağayev14:31 - 24 / 01 / 2024
Ötən il ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb

2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tankerləri ilə 4,9 milyon ton yük daşınıb.

Bu barədə 1news.az ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, ötən il bərə və "Ro-Pax" tipli gəmilərlə daşınan vaqonların sayı 37 min 642 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 35 min 207 ədəd olub.

İl ərzində ASCO-nun universal quru yük gəmiləri isə 749 min ton yük nəql edib.

ASCO-nun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanması 50-dən çox gəmidən, o cümlədən 20 tankerdən, 13 gəmi-bərədən, 15 universal quru yük gəmisindən, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmidən, ixtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir.

Paylaş:
396

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər